24 İyun 2019 17:02
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda intihara cəhd olub.

Teleqraf.com FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 2 nəfər (biri azyaşlı olmaqla) körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Hadisə yerinə cəld edilən Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri intihar cəhdinin qarşısını alaraq intihar etmək istəyən vətəndaşları körpünün təhlükəsiz hissəsinə keçiriblər. Xilasedicilər vətəndaşları aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Teleqraf.com