Cəlilabad rayonunda məsciddən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, Cəlilabad rayon polis şöbəsinə iyunun 22-nə keçən gecə Maşlıq kəndi ərazisindəki məsçidin həyətindəki nəzir qutusundan 150 manat pulun oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini N.Mahmudov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.