Bakının Yasamal rayonunda 2 yaşlı körpə 9-cu mərtəbədən yıxılaraq dünyasını dəyişib.
Hadisə Yeni Yasamal yaşayış massivində, doqquzmərtəbəli binada baş verib.
Bakı Şəhər Prokurorluğundan "Report"a fakt təsdiqlənib, bildirilib ki, dünyasını dəyişən 2017-ci il təvəllüdlü Əhmədova Ruqiyyə Ceyhun qızıdır.