30 İyun 2019 11:06
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Salyan şəhərində, avtovağzal ərazisində qeydə alınıb.

Çuxanlı kənd sakini Səbuhi Əsədov yolu keçmək istərkən onu minik avtomobili vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Salyan Rayon Mərkəzi Xəstəxanasında reanimasiya şöbəsində yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com