Masallıda ağır yol qəzasında üç ailənin 8 üzvü ölüb, 2-si xəsarət alıb.
Hadisə bu gün səhər saatlarında Ələt-Astara-İran sərhəd yolunun 136-cı km-də, Masallı rayonu ərazisində baş verib.
Belə ki, "Mercedes" markalı 99 LH 458 dövlət qeydiyyat nişanlı mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan "KamAZ" markalı 10-MG-329 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb. Nəticədə Bakı şəhərindən şadlıq mərasimindən qayıdan yaxın qohumlar aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər.
Son dəqiqləşdirmələrə görə, qəza zamanı 8 nəfər ölüb, 2 nəfər xasarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Əldə etdiyimiz məlumata görə, qəza baş verən zaman arxada daha bir avtomobildə ailənin digər qohumları da olub. Hadisə onların gözü qarşısında baş verib. Lakin həmin avtomobil qəzadan yayınıb. Ölən və yaralananlar Lerik rayonunun Kəlvəz kənd sakinləridir. Meyitlər müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Mikroavtobusun sürücüsünün yüngül xəsarət aldığı bildirilir. O, fakt üzrə dindirilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiqləşməsə də sürücünün sükan arxasında yuxulaması ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Qəza nəticəsində ölən və yaralananların tam siyahısını təqdim edirik:
Ölənlər.
1. Tağıyev Əlizahir Atalı oğlu - 2002-ci il
2. Rzayev Əsgər Hikmət oğlu - 1983-cü il
3. Rzayev Hikmət Əsgər oğlu - 2002-ci il
4. Rzayev Azər Hikmət oğlu - 2008-ci il
5. Rufullayev Ayxan Natiq oğlu - 2016-ci il
6. Məmmədov Gültac Ələkbər oğlu - 1996-cı il
7.Məmmədova Aytac Ələkbər qızı - 1995-ci il
8. Məmmədov Elgün Ələkbər oğlu - 1997-ci il
Yaralılar
1. Rzayeva Ruhiyyə Əkbər qızı - 1985-ci il
2. Tağıyeva Miranə Atalı qızı - 1995-ci
/Report/