12 İyul 2019 15:40
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Xocəsən qəsəbəsi ərazisində qeydə alınıb.

Bərdə rayon sakini P.Musayevin idarə etdiyi “KamAZ” və Gəncə şəhər sakini Nəbi Məmmədovun idarə etdiyi “Renault” markalı avtomobillər toqquşub.

Nəticədə N.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş istintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov