11 Sentyabr 2014 11:47
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malayziyanın baş naziri Nacib Razak Azərbaycana səfər edəcək.

APA-nın “The Rakyat Post” saytına istinadən verdiyi xəbərə görə, baş nazirin rəsmi səfəri bu gün başlayacaq.

Səfər çərçivəsində baş nazirin Azərbaycan rəsmiləri ilə görüşü nəzərdə tutulur.

Görüşlərin yekununda iki ölkə arasında iqtisadi, elmi və texniki sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı Memorandumun imzalanacağı gözlənilir.

Baş nazir sentyabrın 12-də Malayziyanın Azərbaycandakı səfirliyinin binasının açılışında da iştirak edəcək.


Müəllif:

Oxşar xəbərlər