22 İyul 2019 15:23
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qaraçuxur qəsəbəsi ərazisində qeydə alınıb.

Əmircan qəsəbə sakini E.Səlimov həmyerlisi olan tanışı R.Seyidova bıçaqla xəsarət yetirib, daha sonra “VAZ-2107” markalı avtomobilini ondan alıb.

E.Səlimov tanışını qan içində küçədə atıb və nəqliyyat vasitəsi ilə hadisə yerini tərk edib.

R.Seyidova xəstəxanada tibbi yardım göstərilib.

32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Səlimov saxlanılıb və avtomobil sahibinə qaytarılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov