20 Avqust 2019 12:07
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda yaşayış binasında baş verən yanğın söndürülüb.

Bina sakinləri təxliyə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov gəlib./apa/

***

11:43

Bakıda çoxmərtəbəli yaşayış binası yanır.

Teleqraf.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-14-cü mərtəbələr arasında elektrik kabellərində yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyyə edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.


Müəllif: Teleqraf.com