15 Sentyabr 2014 11:43
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Başqa sualınız varsa, cavab verərəm”

Sentyabrın 14-də Milli Şuranın sessiyası keçirilib.

Sessiyada ictimai-siyasi vəziyyət, yeni üzvlərin qəbulu və bundan sonra görüləcək işlər müzakirə edilib.
Ancaq Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, KXCP sədri Mirmahmud Mirəlioğlu sessiyaya qatılmayıb.

Mirəlioğlunun sessiyaya qatılmamasının səbəbi, həmçinin onun tədbirə dəvət edilib-edilməməsini öyrənmək üçün ona müraciət etdik.

KXCP sədrinin cavabı isə qısa və lakonik oldu: “Başqa sualınız varsa, buyurun”.

Başqa sualımızın olmadığını, yalnız bu suala cavab almaq istədiyimizi dedikdə KXCP sədri bu suala cavab verməkdən imtina etdi.

Cavidan


Müəllif:

Oxşar xəbərlər