Daxili işlər orqanlarının əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yabanı halda bitmiş çəkisi 750 kiloqram olan 980 ədəd çətənə kolu aşkarlanıb. Həmin çətənə kolları məhv edilərək dövriyyədən çıxarılıb.