16 Sentyabr 2019 12:42
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Abşeron rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, hadisə sentyabrın 14-də saat 23 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində qeydə alınıb.

Bakı şəhər sakinləri Şəmsi Talıbovun idarə etdiyi “Mercedes” və qarşıdan gələn N.Məmmədovanın idarə etdiyi “Chevrolet” markalı avtomobillər toqquşub, sonuncu avtomobil Tərtər rayon sakini R.Həsənovun idarə etdiyi “Mercedes Atego” markalı yük avtomobilinə çırpılıb.

Nəticədə Ş.Talıbov hadisə yerində, sərnişini olan Bərdə rayon sakini Vüsal Əmirov xəstəxanaya aparılarkən yolda ölüb, N.Məmmədova və 4 sərnişini isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov