Abşeron rayonunda döyülmə hadisəsi baş verib.
1991-ci il təvəllüdlü Vəliyev Mübarək Rafael oğlu tanımadığı şəxs tərəfindən döyülüb.
Zərərçəkən təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona bədənin və baş nahiyəsinin müxtəlif dərəcəli travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.