30 Sentyabr 2019 13:32
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 29-da Suraxanı rayonunun Bülbülə qəsəbəsində yaşayan Aqşin Quliyev evində münaqişə zəminində tanışı, Bakı şəhər sakini İlham Həşimovu bıçaqla qətlə yetirib, sonra Binəqədi rayonu ərazisində yaşayan qohumu Füzuli Şirinovun evinə gedərək orada ona və oğlu Elçinə də bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş F.Şirinovun vəziyyəti ağırdır, Elçinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Binəqədi rayon Polis İdarəsi və 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən A.Quliyev saxlanılıb.

Hadisə qısqanclıq zəminində törədilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər