2 Noyabr 2019 10:00
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı sakini ehtiyatsızlıqdan faciəli şəkildə ölüb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Sabunçu rayonunda 1 nəfərin “Opel” markalı minik avtomobilinin altında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1972-ci il təvəllüdlü Əhmədov Fərhad Elxan oğlunun meyitini avtomobilin altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər