12 Noyabr 2019 21:26
400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Biləsuvar şəhər M.İbrahimov küçəsində qeydə alınıb. Belə ki, “Mersedes” markalı avtomobil hərəkətdə olan zaman yolu keçmək istəyən 2009-cu il təvəllüdlü Aydın Əliyevi vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan azyaşlı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com