Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsidə baş verib: "Mərdəkan yolunda baş verən qəza barədə Təcili Tibbi Yardıma çağırış 10:52-də daxil olub.
Hadisə zamanı 2 nəfər yerində dünyasını dəyişib. Digər 2 nəfər 45 yaşlı qadın və 6 yaşlı uşaq isə kritik vəziyyətdə 3 saylı şəhər xəstəxanasına aparılıb".