Ağcabədi rayon sakini həmyerlisini öldürməklə hədələyib.
Teleqraf.com xəbər verir ki, rayonun Təzəkənd kənd sakini D.Ağayev rayon polis şöbəsinə müraciət edib noyabrın 15-də həmkəndlisi S.Zeynalov tərəfindən ov tüfəngi ilə öldürüləcəyi ilə hədələnməsini bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.
Ondan müvafiq sənədləri olmayan “İJ“ markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.