29 Noyabr 2019 22:00
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə Hacıqabul-Horadiz yolunun 81-ci kilometrliyində baş verib.

Beyləqan rayon sakini Məmmədov Cəfər Yusif oğlu "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən İmişli rayon sakini, 1991-ci il təvəllüdlü İsgəndərov Rövşən Mansur oğlunu vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com