15 Dekabr 2019 13:36
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda metroda gənc oğlan relslərin üzərinə yıxılıb.

Teleqraf.com xəbər verir ki, hadisə metronun "Azadlıq prospekti" stansiyasında baş verib. 1999-cu il təvəllüdlü oğlan müvazinətini itirərək stansiya yoluna yıxılıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, hadisə səhər saat 08:33 radələrində baş verib: "Dərhal xətlərdəki gərginlik dayandırılıb. Sərnişin stansiya yolundan çıxarılıb. Əməkdaşlar təcili tibbi yardım çağırıb. Gənc həkimlərə epilepsiya xəstəsi olduğunu deyib. İlkin yardım göstərildikdən sonra, gənc sərnişin özünü yaxşı hiss etdiyini deyib və yoluna davam edib".

Baş verən hadisə qatarların intervalına təsir etməyib.


Müəllif: Teleqraf.com