8 Yanvar 2020 14:10
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi paytaxda ölümlə nəticələnən kütləvi dava ilə bağlı məlumat yayıb.

Məlumata görə, yanvarın 5-də Bakı şəhər sakinləri Z.Əkbərov və Anar Tağıyevin xəsarətlə xəstəxanaya yerləşdirilməsi və A.Tağıyevin orada ölməsi barədə Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla onların həmin gün saat 1 radələrində E.Babayev küçəsində (Xutor kimi tanınan ərazi) münaqişə zəminində bıçaqlanmaları müəyyən edilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri O.Binnətov və V.Babayev saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər