9 Yanvar 2020 13:10
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi zoomarketə basqın edənlərin həbs olunması barədə məlumat yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Xəzər Rryon Polis İdarəsinin 1-ci polis şöbəsinə rayon ərazisində baş verən quldurluq hadisəsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, yanvarın 7-də saat 16 radələrində Mərdəkan qəsəbəsi ərazisində yerləşən zoomarketə gələn 2 nəfər oranın sahibi H.Babayevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək cibindən 14 000 manatı götürüb hadisə yerini tərk ediblər.

H.Babayev xəstəxanaya yerləşdirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri E.Əliyev və Ə.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər