23 Sentyabr 2014 16:00
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün dünyada çox təhlükəli proseslər gedir. Vəziyyət o həddə çatıb ki, ayrı-ayrı dövlətlərin BMT tərəfindən tanınan ərazilərinin dəyişdirilməsinə cəhdlər edilir, onların təbii sərvətlərinin mənimsənilməsi uğrunda açıq mübarizə gedir”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Azərbaycan dövləti gücləndikcə onun təhlükəsizlik konsepsiyası və doktrinası daha da gücləndirilir. Onun sözlərinə görə, bu da bəzi xarici qüvvələrin və güclərin xoşuna gəlmir:

“Ona görə də, müxtəlif bəhanələrlə ölkəmizə təzyiqlər edirlər. Avropa Parlamentinin qətnaməsinin mahiyyətində də bu amil dayanır. Azərbaycan dövləti həyata keçirdiyi siyasətdə milli maraqlarımızın təmin olunmasına əsaslanır. Ona görə də, dövlətimiz bu məsələdə daim öz prinsipiallığını qoruyur”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər