Bakının Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində yanvarın 17-də rayon ərazisindəki kafelərin birindən oranın sahibi, Bakı şəhər sakini C.Şahlarovun mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Məmmədov saxlanılıb
Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.