“İnsan hüquqlarının müdafiəsi ilə əlaqədar beynəlxalq birlik tərəfindən ikili yanaşma görürük”.
Teleqraf.com-un məlumatına görə, bu fikri AMEA-nın Konfliktologiya və İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva deyib.
A.Mustafayeva bildirib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı dövlətimizin ali prinsiplərindəndir. Onun sözlərinə görə, bu hüquq Azərbaycan Konstitusiyasında tam təsbit olunub:
“Eyni zamanda, insan hüquqları sahəsində qanunvericilik də kifayət qədər mükəmməldir. Milli Məclisin qəbul etdiyi qanunlarla yanaşı, dövlətimiz bir sıra beynəlxalq konvensiyalara da qoşulub. Bu baxımdan, Azərbaycanda insan hüquqları ilə bağlı ciddi problemlərin olduğunu iddia edənlər yanılırlar. Yaxşı olar ki, onlar problemi özlərində axtarmasınlar”.
Səxavət