Bakının Binəqədi rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Ş.Şükürovanın içərisində pulu və 2 ədəd bank kartı olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əliyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.