14 Fevral 2020 14:54
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində baş verən torpaq sürüşməsinin səbəbləri araşdırılır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Sadiq Əmiraslanov deyib.

Onun sözlərinə görə, hazırda mütəxəssislər hadisə yerindədir: "Sürüşmə yerinin miqyasını və səbəblərini araşdırırıq. Araşdırmalardan sonra sürüşmənin səbəbi məlum olacaq. Əvvəl müşahidə etdiyimiz kütlə üzərində qismən dəyişiklik baş verib. Ərazidə monitorinqlər davam etdirilir".

Xatırladaq ki, bu gün səhər saatlarında Badamdar qəsəbəsi, Badamdar şosesinin yamacında torpaq sürüşməsi baş verib.

Torpaq axını bu gün səhər saatlarında yağışdan sonra başlayıb. Ərazidə son bir neçə ay ərzində artıq 3-cü dəfədir ki, sürüşmə olur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər