Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun A.Mustafayev küçəsində Qusar rayon sakini Ş.Həsənov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Balakən rayon sakini Əlixan Bayramovu vurub.
Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.