26 Fevral 2020 16:19
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, fevralın 25-nə keçən gecə Saatlı rayonunun Çolpı kəndi ərazisində müəyyən edilməmiş avtomobillə kənd sakini N.Ağayev vurulub. O, xəstəxanaya yerləşdirilib.

Saatlı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “QAZ-32213” markalı avtomobilin sürücüsü X.Qasımov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov