28 Fevral 2020 10:50
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuz rayonunda silahlı indisent olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Kərimli kəndində baş verib.

Rayon sakini, 1965-ci il təvəllüdlü Elşən Abdullayev odlu silahdan açılan atəş nəticəsində güllələnərək öldürülüb.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zərgəm Məsumov həbs edilib.

Məlum olub ki, hadisə həmyerlilər arasında taranan mübahisə zamanı baş verib.

Belə ki, qətlə yetirilən Elşən Abdullayev kənddə ting satırmış.

Bu zaman Elşən Abdullayevin yanına gələn Zərgəm Məsumov bir kisə yonca bitkisinin toxumunu onun avtomobilinə söykəyib.

Buna görə Elşən Abdullayev onunla mübahisə edib. Mübahisə sonda silahlı insidentin baş verməsi ilə nəticələnib.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər