31 Mart 09:48
850

Bakı metrosunda qadının çantasından oğurluq edilib.

Teleqraf.com xəbər veri ki, martın 27-də metronun 28 May stansiyasında qatarda Bakı şəhər sakini R.Abdullayevanın çantasından 600 manat dəyərində mobil telefon oğurlanıb.

Qadın baş verən oğurluq hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib.

Məlumat əsasında araşdırma başlanıb.

Metropolitendə polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini S.Əliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov