13 Aprel 2020 00:37
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Məhəbbət Orucovun ailəsinə ağır itki üz verib.

Teleqraf.com Modern.az-a istinadən xəbər verir ki, Məhəbbət Orucovun oğlu Seymur Sərdarzadə faciəli surətdə dünyasını dəyişib.

Belə ki, ağır avtomobil qəzasına düşən 32 yaşlı Seymur xəstəxanaya yerləşdirilsə də, dünən səhər saatlarında keçinib. Mərhum Seymur Sərdarzadə valideynlərinin yeganə oğul övladı idi. Onun iki azyaşlı övladı qalıb.

Mərhumun yas mərasimi Məhəbbət Orucovun Maştağadakı evində keçirilir.

Qeyd edək ki, jurnalist Məhəbbət Orucov “Ekspress”, “525-ci qəzet”, “Yeni Müsavat”, “Binəqədi” qəzetlərində çalışıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər