13 Aprel 2020 12:30
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Şabranda baş verən qətllə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, aprelin 11-də Şabran rayonunun Zeyvə kəndində İstək Mahmudovanın və oğlu Məhəbbət Məmmədovun yaşadıqları evin həyətində qətlə yetirilmələri barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə qətlin münaqişə zəminində rayon sakini, əvvəllər məhkum olunmuş Nahid İslamov tərəfindən tüfəngdən açılmış atəşlə törədilməsi müəyyən edilib.

Hadisə yerindən qundağı və lüləsi kəsilmiş ov tüfəngi götürülüb.

Qəsdən adam öldürməkdə şübhəli bilinən N.İslamov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Zeyvə kənd sakini, 1986-cı il təvəllüdlü Nahid İslamov həmkəndliləri -1963-cü il təvəllüdlü İstək Mahmudova və onun oğlu, 1983-cü il təvəllüdlü Məhəbbət Məmmədovanı güllələyərək öldürməsinin təfərratı məlum olub.

Yenicə həbsdən çıxmış N.İsmayılov 11 il əvvəl həyat yoldaşını M.Məmmədova qısqanıb. Qısqanclıq səbəbilə o, əvvəlcə öz həyat yoldaşını qətlə yetirib.

Cinayətə görə 11 il həbs cəzası alan N.İsmayılov azadlığa çıxan kimi 11 il əvvəlki qısqanclığa görə daha iki nəfərin həyatına qıyıb.

Aprelin 11-də, gecə saatlarında M.Məmmədovun evinə gələrək onunla qapıda mübahisə edib.

Daha sonra üstündə gətirdiyi ov tüfəngi ilə M.Məmmədovun əvvəl qarnına, daha sonra başına atəş açıb. Atəş səsinə çölə çıxan M.Məmmədovun anası İ.Mahmudovaya da başından atəş açaraq qətlə yetirib.

Hər iki qətl hadisəsi M.Məmmədovun azyaşlı oğlunun gözü qarşısında baş verib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər