Bakının Sabunçu rayonunda aptekə basqın edilib.
Teleqraf.com xəbər verir ki, rayonun Zabrat qəsəbəsi ərazisindəki "Vita" aptekdə olarkən naməlum şəxs əlində silahəbənzər əşya ilə içəri daxil olaraq satıcı, 1988-ci il təvəllüdlü Esmira İbadovanı hədələyib.
Həmin şəxs aptekin kassasında olan 700 manatı götürərək hadisə yerindən qaçıb. Esmira İbadova hadisə ilə bağlı polisə məlumat verib. Hadisəni törədən şəxsin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri görülür.
Faktla bağlı cinayət işi başlanıb.