Xaçmaz rayonunda qətl hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, aprelin 21-də Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Sadıqovun qarın nahiyəsində kəsilmiş-deşilmiş xəsarət olan meyiti İzmayılovka qəsəbəsi ərazisində tapılıb.
Daxil olmuş məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanları müvafiq tədbirlər həyata keçirib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində C.Sadıqovu bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş K.Məmmədov saxlanılıb.