Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, paytaxt sakini İ.Xankişiyevi naməlum şəxs bıçaqlıa hədələyib və 35 manatını alıb.
Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini M.Mirzəyev saxlanılıb.
İstintaq araşdırması zamanı M.Mirzəyevin əvvəllər məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.