29 Aprel 2020 14:14
2 676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı məlumat yayan Bakipost.az əməliyyatın bəzi detallarını əldə edib.

Məlumata görə, əməliyyat karantin rejimi ilə əlaqədar əhaliyə yönəlmiş dövlət dəstəyinin, yardımların mənimsənilməsi ilə bağlı keçirilib. Bununla bağlı çoxsaylı, əsaslı şikayətlər olub.

Əməliyyat zamanı icra başçısı Mahir Quliyevlə yanaşı, birinci müavin Xanlar Məmmədov, rayonun bələdiyyə sədri İlqar Abbasov, Mərkəzi Xəstəxananın baş həkimi Xoşbəxt Ağayeva, Kommunal Müəssisələri Kombinatının direktoru Xalidə Ağayeva, Məşğulluq Şöbəsinin rəisi Mübariz Mustafayev, şəhər icra nümayəndəsi Qabil Xammədov saxlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər