30 Aprel 2020 11:46
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, aprelin 28-i saat 20 radələrində Bakı şəhər sakini C.Səfərov idarə etdiyi “Renault” markalı avtomobili Bakıxanov qəsəbəsi ərazisində yaşadığı evin qarşısında saxlayarkən 2 maskalı şəxs avtomobilə oturub.

Həmin şəxslər sürücüyə bıçaqla ayağından xəsarət yetirərək 10 000 ABŞ dollarını cibindən götürərək aradan çıxıblar.

Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə bu barədə məlumat daxil olub

Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Ə.Abduləhədov və S.Şəmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər