Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Şağan qəsəbəsində 1972-ci il təvəllüdlü İ.Quliyev idarə etdiyi “İkarus” markalı avtobusla yolu keçmək istəyən 1973-cü il təvəllüdlü Səbirə Bağırovanı vurub.
Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Araşdırma zamanı məlum olub ki, İ.Quliyev sərxoş halda iritutumlu avtobusu sürücülük vəsiqəsi olmadan idarə edib.
Onun əvvəllər də məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.