7 May 2020 15:13
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda kişini bıçaqlamaqda təqsirli bilinən Aynurə Qafarovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Səbuhi Hüseynovun icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.

İttihama görə, Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. Nəsrəddin Tusi küçəsində 1993-cü il təvəllüdlü Kənan Binnətov orta yaşlı Aynurə Qafarova tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Ona qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən Aynurə Qafarova həbs edilib.

İlkin məlumata görə, Kənan Binnətov hadisəni törədən şəxsin qızı ilə könül əyləncəsi yaşamaq üçün münasibət qurmaq istəyib. Amma sonradan qadın aldadıldığını başa düşüb və Kənan Binnətov ilə mübahisə edib.

Mübahisə sonda qanlı cinayətin baş verməsi ilə nəticələnib.

İstintaq orqanı tərəfindən Aynurə Qafarovanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər