Xəbər verildiyi kimi, 11 may 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.
Teleqraf.com FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Nazir müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
23:32
Bakı şəhərinin Binəqədi rayonunda "Avrohom" (EuroHome) tikinti materialları bazarı ərazisində yanğın başlayıb.
Teleqraf.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri artıq hadisə yerindədir.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Qeyd edək ki, 10 dekabr 2019-cu ildə sözügedən bazarda güclü yanğın baş vermişdi.
Yenilənəcək...