Bakıda qadını bıçaqlamaqda təqsirli bilinən Taleh Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Mirzə Xankişiyevin icraatına verilib.
Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə başlanacaq.
İttihama görə, hadisə Suraxanı rayonu, Günəşli qəsəbəsində qeydə alınıb.
Belə ki, 1988-ci təvəllüdlü Gülnar Əliyeva təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya gətirilib.
Müayinə zamanı onun bədənində çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.
Araşdırmalar zamanı məlum olub ki, onu qeyri rəsmi münasibətdə yaşadığı Taleh Məmmədov bıçaqlayıb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
İstintaq orqanı tərəfindən Taleh Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən saölamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.