Bakının Nərimanov rayonunda cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini N.Qubadov 2019-cu ilin dekabr ayından cari ilin aprel ayınadək olan müddətdə bir nəfərin ona hədə-qorxu gələrək 7300 manat pulunu aldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən paytaxt sakini N.Qarayev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.