2 İyun 2020 11:15
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Bakıxanov qəsəbəsində 2001-ci il təvəllüdlü Elnur Şəfiyev küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Elnur Şəfiyevə xəstəxanada tibbi yardım göstərilib.

Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Xəyal Bağırov saxlanılıb.

İstintaq orqanı tərəfindən Xəyal Bağırovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində istintaq hərəkətləri başlanıb.


Müəllif: Hacı Zeynalov