Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, Abşeron rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.