Azərbaycandan olan tələbə Timur Qavrilovun amansız qətlinə görə Rusiyanın Volqoqrad şəhərində xüsusi qərargah yaradılıb.
Teleqraf.com xəbər verir ki, xüsusi qərargaha Volqoqrad İstintaq Komitəsi, Cinayət-axtarış idarəsi və digər orqanların təcrübəli müstəntiqləri daxildir.
“Hazırda mərhumun yaxın ətrafı sorğu-sual edilir. Qatilin və öldürülən şəxsin kamera görüntüləri tədqiq olunur”, - deyə Rusiya İstintaq Komitəsinin Volqoqrad şəhəri üzrə nümayəndəsi Nataliya Rudnik açıqlama verib.
Xatırladaq ki, 17 yaşlı Timur Qavrilov Volqoqrad Tibb Universitetinin stamotologiya fakultəsinin 1-ci kurs tələbəsi idi. O, Voroşilov rayonunda gecə saatlarında naməlum şəxsin hücumuna məruz qalıb. 20 bıçaq yarası alan gənc yerindəcə keçinib.