Bakıda dənizdə boğulma hadisəsi baş verib.
Xəzər rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, Binə qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tural Qasımov ötən gün saat 19 radələrində dostu ilə birlikdə Şüvəlan qəsəbəsi “Mayak” çimərliyində dənizdə üzərkən boğulub.
Daxil olan məlumat əsasında prokurorluq əməkdaşları dərhal hadisə yerində meyitə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosesual hərəkətlər həyata keçirilib. T. Qasımovun meyiti MTE və PA Birliyinin Xəzər rayon Şöbəsinə müayinə olunması üçün təqdim edilib.
Hazırda faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır.