Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində naməlum şəxs həmin qəsəbədə yaşayan Ü.Vəliyevə məxsus “Toyota” markalı avtomobildən şüşəni sındırmaqla 325 manat pul, 1890 manat dəyərində videoregistrator, eynək, geyin əşyaları, mobil telefon və digər əşyalar oğurlayıb.
Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Məsud İbrahimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.