Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun A.İsmayılov küçəsində naməlum şəxs H.Şahverdiyevin evindən qapının qıfılını sındırmaqla 780 manat dəyərində televizor və məişət əşiyaları oğurlayıb.
Daha sonra ev sahibi hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Başlanılan cinayət işi üzrə Səbail rayon Polis İdarəsi cinayət axtarış şöbəsi və 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1979-cü il təvəllüdlü Rasim Hüseynbəyov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.