13 İyul 2020 11:40
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində baldızını öldürməyə cəhddə təqsirli bilinən Anar Əlizadənin barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Məhkəməsində hakim Emin Abdullayevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Anar Əlizadənin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, iyulun 9-da saat 21 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 1986-cı il təvəllüdlü Ramilə Quliyevaya yaşadığı evdə çoxsaylı xəsarətlər yetirilməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Araşdırmalarla Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Anar Əlizadənin baldızı, 1986-cı il təvəllüdlü Ramilə Quliyevaya hazırda istintaqa məlum olmayan kəsici-deşici alətlə aralarında yaranmış mübahisə zamanı xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

İstintaq orqanı tərəfindən Anar Əlizadənin barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Sumqayıt şəhər Prokuroluğunda istintaq davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər